"Qara yara" torpaqdan da yoluxur - Agentlik
12:19 02 Avqust 2019
Son zamanlar hər il ərzində 5-6 baş heyvanda "qara yara" xəstəliyi aşkarlanıb. Bu xəstəliklər peyvənddən yayınan heyvanlarda baş verib.
Femida.az-ın məlumatına görə, bunu bu gün keçirilən konfransda Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov bildirib.
Onun sözlərinə görə, heyvan kəsilən zaman qan laxtalanmırsa, "qara yara"dan şübhələnmək lazımdır: "Bu xəstəlik kənardan gələn heyvanlarda müşahidə olunur. Onlar da nəzarətə götürülür, peyvəndlənir. Lakin "qara yara" xəstəliyi ilə bağlı insan ölümün olmasıma təəssüflənirik".
R.Salmanov bildirib ki, qarayara xəstəliyi təkcə heyvanlardan yox, torpaqdan da yoluxur: "Zamanında profilaktik peyvəndləmə aparılmalıdır ki, belə xəstəlik olmasın. "Qara yara" xəstəliyi torpaqda 80-100 il ərzində qala bilir. Heyvanların da bu xəstəliyə yoluxması əsasən yaz və payız aylarında olur. Yazda heyvan örüş-otlaq sahəsinə gedəndə ot az çıxır, otlayan zaman torpaqla daha çox təmasda olur. Heyvanda hansısa cızıq olanda "qara yara"ya yoluxma ehtimalı daha tez olur. Ancaq heyvan peyvəndlənmiş olsa, ona bu virusu iynə ilə vursan da, qarayaraya yoluxmur".
Femida.az
Oxunub: 640
Oxşar xəbərlər
- Qarabağda iki su anbarı tikiləcək
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Qaradağda avtomobil yolu keçən kişini vurub
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Qaradağlıda müharibə cinayətləri törətmiş 12 şəxs beynəlxalq axtarışa verilib
- Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq
- Qaradağ və Hacıqabulda su kəsiləcək
- Qarabağ separatçılarından biri Rusiyada həbs edilib
- Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Bu güzəştlər ediləcək - VİDEO
- Qarabağda mühəndis təminatı üzrə tədbirlər davam etdirilir