Paytaxtda 2,9% inflyasiya qeydə alınıb


13:52     02 Avqust 2019 istehlakci.jpg

Bu ilin yanvar-iyun ayları ərzində Bakı şəhəri üzrə məhsullarının və xidmətlərin qiymətləri açıqlanıb.



Femida.az-ın Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk 6 ayıında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,9% artıb.

Həmçinin bu dövr ərzində paytaxtda o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 2,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 1,5%, əhaliyə göstərilən xidmətlərin qiymətləri isə 4,6% artıb.

Femida.az

Açar sözlər:

Oxunub: 307