Tovuzda evdə partlayış olub


20:21     09 Noyabr 2015 yangin0.jpg


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tovuz rayonu, Alakol kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin 1 otağında məişət qazının sızması nəticəsində partlayış baş verib.

Nəticədə taxtadan ibarət mərtəbələrarası arakəsmə, pəncərə çərçivələri və 1-ci mərtəbədə yerləşən 1 otağın xarici divarı dağılıb. Yanğın hadisəsi olmayıb. Partlayış zamanı 1 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Açar sözlər:

Oxunub: 842