Lənkəranda 1 ədəd F-1 əl qumbarası tapılıb
19:53 03 Avqust 2019
2019-cu il 03 Avqust tarixində saat 09:37-də Dövlət Sərhəd Xidmətindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəran şəhəri, Liman qəsəbəsi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan Femida.az-a verilən məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Əl qumbarasının ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 417
Oxşar xəbərlər
- Lənkəranda avtomobil kanala aşıb, ata ölüb, oğlu xəsarət alıb
- Lənkəranda yaşayış evi yanıb, bir nəfər xilas olunub
- Lənkəranda 47 yaşlı kişi qətlə yetirilib
- Lənkəranda avtomobillər toqquşub, ölən var
- Lənkəranda sərxoş sürücünün avtomobilində 6 kq-dan artıq narkotik aşkarlanıb
- Lənkəranda 9 yaşlı uşaq yük maşınının altında qalaraq ölüb
- Lənkəranda qadın polisə bilərəkdən yalan məlumat verib
- Lənkəranda 10 kiloqramdan artıq narkotik dövriyyədən çıxarılıb
- Lənkəranda bıçaqlanan 27 yaşlı gənc xəstəxanada ölüb
- Lənkəranda müəllim intihar edib