Şimal bölgəsində güclü külək gözlənilir - “Azərişıq”ın texnikası hazır vəziyyətə gətirilib


10:42     05 Avqust 2019 kulek2.jpg

Hazırda Şimal bölgəsində (Yalama, Xaçmaz, Xudat) başlanan güclü küləyin yarada biləcəyi qəza hallarının qarşısını almaq üçün “Azərişıq” ASC-nin əməkdaşları və texnikası hazır vəziyyətdədir.


Femida.az xəbər verir ki, bunu Trend-ə “Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayev vurğulayıb ki, “Azərişıq”ın Şimal Regional Enerji Təchizatı və Satışı idarəsinin (RETSİ) əməkdaşları bütün əlavə mal-materiallarla təchiz olunub:

“Baş verə biləcək hər hansı kəsinti yaxud qəzanın fəsadlarını aradan qaldırmağa çalışacağıq”.

Femida.az

Açar sözlər:

Oxunub: 302