Türkiyədə Ramil Quliyevin rekordu qırılıb


11:07     05 Avqust 2019 ramil%20(2).jpg

Bursada atletika üzrə Türkiyə çempionatında azərbaycanlı atlet Ramil Quliyevin rekordu qırılıb.

Femida.az-ın məlumatına görə, 100 m məsafəyə qaçışda Cek Ali Harvey 10,33 saniyə ilə tarixi nəticəyə imza ataraq, ölkə çempionu adına sahib olub. O, bununla da Türkiyə yığmasının şərəfini qoruyan R. Quliyev və ona şərik olan Ertan Özkanın rekordunu qırıb. Hər iki atlet 100 m məsafəyə qaçışda 10,43 saniyəyə finişə çatmışdı.

Qeyd edək ki, R. Quliyev 200 m məsafəyə qaçışda dünya və Avropa çempionu olub.

Femida.az

Açar sözlər:

Oxunub: 413