ABŞ-da Dağlıq Qarabağla bağlı buraxılan səhv düzəldilib
10:31 07 Avqust 2019
Dünyaca məşhur elm və təhsil üzrə qeyri-mənfəət təşkilatlarından olan “National Geographic” Cəmiyyətinin dərc etdiyi və uşaqların məlumatlandırılması məqsədini daşıyan “National Geographic Kids” jurnalının internet səhifəsində ölkəmizlə bağlı təqdim edilən məlumatda Azərbaycan xəritəsində ciddi təhrifə yol verildiyi və ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin fərqli rəngdə təsvir olunduğu müəyyən edilib.
Bu barədə Femida.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bununla əlaqədar NRYTN və Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə operativ tədbirlər görüb. Nəticədə ölkəmizin xəritəsinə münasibətdə yol verilmiş təhrifin aradan qaldırılmasına nail olunub.
NYTN və Azərbaycanın ABŞ-dakı səfirliyinin operativ müdaxiləsi nəticəsində adıçəkilən jurnalın internet səhifəsində respublikamızın xəritəsi artıq dəqiq və ərazi bütövlüyü qorunmaqla təsvir edilib.
BURADAN Azərbaycan xəritəsi və müvafiq informasiya ilə tanış olmaq mümkündür.
Femida.az
Oxunub: 455
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək