Şəki-Zaqatala bölgəsinin qazısı vəfat etdi


12:55     16 Avqust 2019 19_08_16_1565945804.jpg


Qafqaz Müsəlmanları İdarəsinin Şəki-Qəbələ bölgəsi üzrə qazısı 79 yaşlı Hacı Səlim Əfəndi bu gün vəfat edib.


Femida.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

1940-cı ildə Şəki şəhərində anadan olan Hacı Səlim Əfəndi (Səfərov) Sovet dövründən Şəki qazısı kimi fəaliyyət göstərib, 1976-cı ildə Həcc ziyarətinə göndərilib.

Uzun illər Şəki qazısı kimi fəaliyyət göstərən Hacı Səlim əfəndinin Şəkinin tarixi ibadət ocağının yenidən bərpasında böyük xidmətləri olub. Sovet dövründə idman zalı kimi fəaliyyət göstərən Şəki Cümə Məscidi 1992-ci ildə onun səyi nəticəsində yenidən Şəki Mərkəzi Cümə Məscidi kimi bərpa olunub. Məscid qısa vaxt ərzində təmir olunub və fəaliyyətə başlayıb.

Femida.az

Açar sözlər: #qazı  

Oxunub: 272