Türkiyədə 52 turist zəhərləndi


11:14     19 Avqust 2019 19_08_19_1566198906.jpg

Türkiyənin Nevşehir ərazisində turistlər kütləvi şəkildə zəhərləniblər.

Hadisə Kaymaklı ərazisindəki otellərin birində baş verib.

45-i çinli, 7-i indoneziyalı olan 52 turist qidadan zəhərlənib. Onlar şəhərin müxtəlif xəstəxanalarına aparılıblar.

Kaymaklı bələdiyyə sədri harun Çekiç mövzu barədə açıqlama yayıb.“O, artıq analizlə bağlı oteldən nümunələrin götürüldüyünü bildirib:

“Oteldə 280 nəfər, lakin 52 nəfər zəhərlənib. Ola bilsin ki, bir qrup şəxs başqa restoranda yemək yeyib, buna görə narahat olublar. Biz artıq oteldə araşdırma aparmağa başlamışıq. Turistlərin isə vəziyyəti normaldır, xəstəxanada müalicə altındadırlar”.

Açar sözlər:

Oxunub: 405