Qadını qaçırdı, qeyri-rəsmi nikahda yaşadılar, axırda isə... — Şamaxıda CİNAYƏT
18:12 20 Avqust 2019
Qaçırdığı qadını öldürməyə cəhddə təqsirli bilinən Şirzad Əsədov barəsindəki hökmdən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət edib.
"Ölkə.Az" xəbər verir ki, onun şikayəti ilə bağlı məhkəmə prosesi hakimi Elman Əhmədovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən il Şamaxı rayonunun Meysəri kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Zöhrə Güloğlan qızı Əlqəmbəyeva qeyri-rəsmi nikahda yaşadığı Ş.Əsədov tərəfindən döyülüb. O, ağır bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, 35 yaşlı Ş.Əsədov əvvəllər məhkum olunub. O, hadisədən 15 gün öncə Z.Əlqəmbəyevanı qaçırıb və onlar qeyri-rəsmi nikahda yaşayıblar. Qadın əvvəllər bir dəfə evli olub.
Şirzad Əsədov Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürməyə cəhd) və 126.2.3 (qəsdən sağlamlığa ağır zərər vurma xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə təqsirli bilinib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o,16 il müddətinə azadlıqdan məhrum olunub.
Oxunub: 564
Oxşar xəbərlər
- Qadını döyüb 2000 manatlıq telefonunu aldı
- Qadını bıçaqlayan şəxsin işi məhkəməyə göndərildi
- Qadının ölümünə səbəb olan sürücü hakim qarşısına çıxarılır
- Qadının əllərini və ağzını bağlayaraq soydular - MƏHKƏMƏ
- Qadını yük avtomobili ilə vuran Gürcüstan vətəndaşı saxlanılıb
- Qadını döyüb maşınını əlindən aldılar
- Qadını xəyanətdə günahlandıraraq öldürdü - MƏHKƏMƏ
- Qadını aldaraq 15 min manatını alıb - VİDEO
- Qadının ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır
- Qadının ölümünə səbəb olan sürücünün məhkəməsi olacaq