Lənkəranda avtobus aşıb - Ölən var


21:21     28 Avqust 2019 19_08_28_1567013047.jpg

Lənkəran rayonunda yol qəzası baş verib.

Femida.az Report-a istinadən xəbər verir ki, hadisə Bəleton kəndində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

İlkin məlumata görə, 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzaya avtobusun əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 543