Ağsuda 2 otaqlı evdə yanğın - Xəsarət alan var


13:30     05 Sentyabr 2019 yangin_38673636.jpg

Ağsuda 2 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 64 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 5 m² sahədə və bitişik 56 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 362