İsa peyğəmbər rolunun ifaçısı evində ölü tapılıb

İsa peyğəmbər rolunun ifaçısı evində ölü tapılıb


10:34     12 Sentyabr 2019 19_09_12_1568269789.jpg

“İisus Xristos – superulduz” müziklində baş rol oynamış aktyor Ceff Fenholt vəfat edib.

Femida.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 69 yaşlı aktyor evində ölü tapılıb.

Aktyor Endryu Lloyd Uebberin 1971-ci ildə hazırldağı müzikldəki İisus Xristos rolundan sonra məşhurluq qazanıb.

Qeyd edək ki, “İisus Xristos – superulduz” rok-operası 1970-ci ildə yazılıb və bir il sonra Brodveydə premyerası keçirilib. Bibliya əhvalatları əsasında hazırlanmış rok-opera İsa peyğəmbərin Yerusəlimə gəlişindən çarmıxa çəkildiyi vaxta qədər olan dövrü əhatə edir.

Açar sözlər:

Oxunub: 154