İsa Qəmbər insult keçirdi - Beyninə qan sızdı


20:49     02 Mart 2018 18_03_02_1519994953.jpg


"Musavat" partiyasının keçmiş başqanı İsa Qəmbər hemorragik insult keçirib və onun beyninə qan sızıb.

Femida.az xəbər verir ki, bu barədə virtualaz.org-a Səhiyyə Nazirliyindəki mənbələrdən bildirilib.

Bakı həkimlərinin müşayiəti ilə İsa Qəmbər Ankara klinikalarından birinə müalicəyə göndərilib.

Xatırladaq ki, bir müddət əvvəl İsa Qəmbərin səhhətində problemlər yaranmış və o, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Onun həkiminin sözlərinə görə, İsa Qəmbər infarkt keçirmişdi. Onun ürəyinə bir neçə stent qoyulmuşdu.

İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi.

Femida.az

Açar sözlər: #İsa_Qəmbər   #səhiyyə  

Oxunub: 1619