Konstitusiya Məhkəməsi Palatası toplandı


19:52     12 Sentyabr 2019 konstitusiya%20mehk%20sok%20qerar.jpg

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7-ci, 21-ci, 25-ci, 33-cü, 141-ci, 142-ci və 145-ci maddələrinin şərh edilməsinə dair Gəncə Apelyasiya Məhkəməsinin müraciətinə baxılaraq, icraata qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 2-nə təyin edilmiş iclasında baxılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 434