Gədəbəydə 65 yaşlı qadın qohumu tərəfindən döyülüb


20:02     25 Sentyabr 2019 19_09_25_1569427086.jpg

Gədəbəydə döyülmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şahdağ kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Əsgərova Zəraf Kamil qızı yaşadığı evdə döyülüb.

Qadın dərhal Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 65 yaşlı qadının vəziyyəti ağır olduğundan Gəncədəki xəstəxanaların birinə aparılıb.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qadının yaxınlarının sözlərinə görə, Z.Əsgərova əmisi oğlu tərəfindən döyülüb.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 545