Borca görə axtarışda olan 33 nəfər saxlanılıb


12:50     28 Sentyabr 2019 19_09_28_1569659568.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən ötən ərzində törədilən 11 cinayətin üstü “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Femida.az -a verilən məılumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 399