Borca görə özünə bıçaqla xəsarət yetirdi
09:40 12 Fevral 2020
Bakıda bıçaq xəsarət alan şəxsin intihara cəhd etdiyi məlum olub.
Femida.az -ın xəbərinə görə, hadisə fevralın 10-da, saat 22 radələrində, paytaxtın Yasamal rayon, H.Cavid prospektində qeydə alınıb.
Belə ki, həmin gün 2001-ci il təvəllüdlü Bilalov Süleyman Ramil oğlu qarnından almış bıçaq xəsarəti ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (“Semaşko”) daxil olub.
Onun izahatı alınan zaman məlum olub ki, borcu olduğu üçün özünə xəsarət yetirərək intihara cəhd edib.
B.Süleymanov tibbi yardımdan sonra evə buraxılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin26-cı Polis Bölməsində araşdırma aparılır.
Oxunub: 586
Oxşar xəbərlər
- Borca görə axtarışda olan 22 nəfər saxlanılıb
- Borcalanlarla bağlı qaydalara dəyişiklik edilib
- Borca görə axtarışda olan 33 nəfər saxlanılıb
- Borca görə axtarılan 7 nəfər saxlanıldı
- Borca görə axtarışda olan 9 nəfər saxlanılıb
- Borca görə 10 nəfər saxlanılıb
- Borca görə axtarışda olan 8 nəfər saxlanıldı — Cinayətlərin statistikası
- Borca görə 4 nəfər tutuldu
- Borca görə axtarışda olan 26 nəfər saxlanıldı
- Borca görə axtarışda olan 26 nəfər saxlanıldı