Gədəbəydə avtomobil 85 yaşlı qadını vuraraq öldürüb


12:35     29 Sentyabr 2019 19_09_29_1569746220.jpg

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə Qızıltorpaq kəndində baş verib.

Belə ki, 1934-cü il təvəllüdlü Söhbət İbrahım qızı Rəhimova mal-qaranı otlağa aparan zaman "VAZ" markalı avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 431