İstanbul derbisindən sonra dava - Bir nəfər öldü


20:47     29 Sentyabr 2019 19_09_29_1569768455.jpg

Ötən gün “Qalatasaray”la “Fənərbaxça” arasında keçirilən derbi oyunu ölümə səbəb olub.
Femida.az xəbər verir ki, stadionda matçı izləyən iki azarkeş arasında mübahisə düşüb. Aralarındakı münasibəti aydınlaşdırmağa çalışan şəxslər bu gün yenidən görüşmək qərarına gəliblər. Nəticədə adları açıqlanmayan azarkeşlərdən biri digərini bıçaqlayaraq qətlə yetirib. Onun meyiti yaşadığı evin həyətində tapılıb.

Faktla bağlı polis araşdırma aparır.

Açar sözlər:

Oxunub: 378