İraqdan dəhşətli görüntülər: Minlərlə insan küçələrdə — Ölənlər var


10:56     03 Oktyabr 2019 19_10_03_1570085529.jpg

İraqın paytaxtı Bağdad şəhərində keçirilən aksiyalar artıq 2 gündür ki davam edir.


Aksiyaların əsasən Zəfəraniyə, Şəab və Bələdiyyat bölgələrində baş tutduğu bölgələrdəki mənbələr tərəfindən diqqətə çatdırılır. Vurğulanır ki, İraq təhlükəsizlik qüvvələri nümayişçilərə göz yaşardıcı qaz ilə də müdaxilə edir. Qeyd edək ki, dünən keçirilən aksiyalarda 3 nəfər həlak olub, 60-dan çox nümayişçi isə yaralanıb. Xatırladaq ki, nümayişçilər sosial şəbəkələr üzərindən təşkilatlansalar da heç bir siyasi partiya bu aksiyalara görə məsuliyyəti öz üzərinə götürmür. Nümayişçilər hökumətin dəyişdirilməsini tələb edirlər.





Femida.az -ın İraqda olan mənbəsi xəbər verir ki, hökümət etiraz aksiyalarından sonra interneti bağlayıb.Ölkəyə giriş-çıxış məhdudlaşdırılıb. İraqa nəzərdə tutulmuş xarici uçuşlar ləğv edilib. Hazırda vəziyyət kritik olaraq qalır. Ölü sayının artacağı istisna edilmir.

Məlumat üçün qeyd edək ki, İraq vətəndaşları turist kimi Azərbaycana səfər edən ölkələr arasında ön sırada dayanır. 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycana İraqdan 64 min turist gəlib. ( Mənbə: Dövlət Turizm Agentliyinin sözçüsü Kənan Quluzadənin oxu.az saytına müsahibəsi)

İğtişaşlardan görüntüləri təqdim edirik:







Miri Məcidli
Femida.az

Açar sözlər: #İraq   #mitinq   #video   #bağdad   #ərəblər  

Oxunub: 3339