İraqda 6 terrorçu zərərsizləşdirilib


10:48     05 İyun 2022 22_06_05_1654410275.jpg

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 6 silahlısını zərərsizləşdirib.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlılar İraqın 3 rayonunda aprelin 18-dən bugünədək davam edən "Pençe-Kilit" əməliyyatı zonasında məhv edilib.

Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini bildirib.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin əvvəlindən təslim olan terrorçuların sayı 41-ə çatıb.

Açar sözlər:

Oxunub: 329