İraqda 10 terrorçu zərərsizləşdirilib


09:32     01 İyul 2022 22_07_01_1656652362.jpg

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 10 silahlısını zərərsizləşdirib.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Silahlılar "Pençe-Kilit" antiterror əməliyyatı zonasında məhv edilib.

Nazirlik İraq və Suriyanın şimalında heç bir nöqtənin təhlükəsiz olmadığını vurğulayıb.

Açar sözlər:

Oxunub: 313