Göygöldə avtomobil naməlum kişini vuraraq öldürüb


14:02     11 Oktyabr 2019 2019/10/e8794002-624c-4794-91bc-aee71a770f6a_1570788173.jpg


Göygöl rayonunda avtomobil naməlum kişini vuraraq öldürüb


Bu barədə Femida.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, oktyabrın 10-da axşam saatlarında Göygöl rayonunun Yeni Qızılca kənd ərazisində “BMW” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində ölüb.

Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri - yaşı 50-60 arası, boyu 163 sm, arıq bədən quruluşlu, saçları qara, gözlərinin rəngi aladır. Əynində qara kostyum, boz köynək və qara şalvar olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göygöl Rayon Polis Şöbəsinə və (022) 205-22-79; (055) 545-11-02 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 346