Vəkil müdafiə etdiyi şəxsə müvəkkil deyə bilərmi? - ŞƏRH


20:12     11 Oktyabr 2019 19_10_11_1570811139.jpg

Bəzi vəkillər istər mətbuat səhifələrində, istərsə də məhkəmə çıxışlarında hüquqlarını müdafiə etdikləri şəxsləri “müvəkkil” adlandırılar. Müdafiə olunan şəxsin öz vəkili tərəfindən müvəkkil adlandırılması həmin sözün ifadə etdiyi məna baxımından nə dərəcədə düzgündür?


Qeyd olunan məsələ vəkillər arasında da müzakirə mövzusu olub. Bəzi vəkillər bu ifadənin doğru işlədildiyini hesab etsə, ifadənin işlədilməyini doğru hesab etməyənlər də var.

Femida.az məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, vəkil Sadiq Əfəndiyevlə əlaqə saxlayıb.


Vəkil açıqlamasında bildirib ki, “Müvəkkil” sözü öz etimologiyasına görə ərəb sözü olmaqla dilimizə tərcümədə “müəyyən işi görmək üçün vəkalət alan, səlahiyyəti olan adam” mənasında başa düşülür.

Vəkilin hüquqi yardımından istifadə etmək arzusunda olan şəxs vəkilin adına verdiyi etibarnamə və onunla bağladığı müqavilə ilə öz mənafeyinin təmsil edilməsi üçün vəkili səlahiyyətləndirilir və bununla da vəkil həmin iş üzrə müvəkkil edilir. Vəkillə həmin şəxsin arasında yaranmış münasibətdə müdafiə olunan şəxs müvəkkil edən, vəkil isə müvəkkil edilən hesab edilir. Bu baxımdan hesab edirəm ki, müdafiə olunan şəxsin müvəkkil adlandırılması həmin sözün ifadə etdiyi məna çalarlarına uyğun deyildir.



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1601