Bakı metrosunda basabas - Telefon oğurlandı
10:42 18 Oktyabr 2019
Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində stansiyaların platformalarında və qatarlarda sıxlıq olan zaman sərnişinlərin cibindən mobil telefon oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Masallı rayon sakini Namiq Musayev tutulub. Araşdırmalarla onun cari ilin oktyabr ayının 10 və 11-də iki qadın sərnişinin cibgirlik yolu ilə “Samsung” markalı mobil telefonunu oğurladığı məlum olub.
Hər iki zərərçəkən əvvəlcə polisə mobil telefonlarının Metropolitendə olarkən itdiyi barədə məlumat versələr də, polislər tərəfindən araşdırma aparılan zaman həmin əşyaların N.Musayev tərəfindən oğurlandığı müəyyən edilib. Qeyd edək ki, saxlanılan şəxs mobil telefonları ələ keçirəndən sonra satıb. N.Musayev ifadəsində platformalarda insanların sıx olduğu vaxtlarda sərnişinlərin vaqonlara daxil olduğu zaman cibgirlik etdiyini etiraf edib.
Faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir. Namiq Musayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Metropolitendə Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.
Femida.az
Oxunub: 1738
Oxşar xəbərlər
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Metroda küt alətlə insanları hədələyən şəxs saxlanılıb
- Bakı metrosunda qatarda nasazlıq yaranıb
- Bakı metrosunda pis qoxu səbəbindən sərnişinlər təxliyə edilib
- Bakı metrosunda sərnişin vəfat edib
- "Bakı Metropoliteni"nin Elektrik Təchizatı Xidmətinin rəisi dəyişib
- Bakı metrosunun iki yeni stansiyasında tikinti işləri gedir
- Bakı metrosu bu il alacağı yeni qatarları avqustda xəttə buraxacaq
- Metronun iş rejimi "Qarabağ"a görə uzadılıb
- "Ulduz" metrostansiyasının yaxınlığında yanğın başlayıb