FHN Neft Emalı Zavodunda təlim keçirib
18:50 22 Oktyabr 2019
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti neft və neft emalı sənayesi müəssisələrində yanğından mühafizə işinin daha da etibarlı təmin olunması üçün oktyabrın 21-də Heydər Əliyev adına Neft Emalı Zavodunun 3 nömrəli istehsalatının 201 saylı əmtəə parkında "Neft məhsulları saxlanılan çənlərdə yanğının söndürülməsi" mövzusunda yanğın-taktiki təlim keçirib.
FHN-dən Femida.az-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd çənlərdə yanğın baş verdikdə texniki heyətin hərəkətlərini, obyekt rəhbərliyinin fəaliyyətini, yanğın zamanı birinci və sonrakı yanğınsöndürmə rəhbəri tərəfindən yanğın yerində kəşfiyyatın aparılmasını, yanğında vəziyyətin qiymətləndirilməsini, döyüş hərəkətlərinin həlledici istiqamətə yönəldilməsini, yüksək saylı çağırışla vəzifəli şəxslərin yanğın yerinə gələnə qədər texnikanın qarşılanmasını, yerləşdirilməsini və onların idarə olunmasını, əməliyyat sənədlərinin aparılmasını, yanğın zamanı rabitə və arxa sahənin təşkil olunmasını, yanğınsöndürmə növbələrinin rəis və onların köməkçilərinin yanğın söndürərkən onlara tabe olan şəxsi heyətlə döyüş əməliyyatlarının aparılması zamanı texniki təhlükəsizlik qaydalarına riayət etmələrini, yanğının söndürülməsinə cəlb olunan şəxsi heyətin ekstremal şəraitlərdə yanğınların söndürülməsi vərdişlərini və döyüş hərəkətlərınin aparılması qaydalarnı, obyektdə xidmət edən operatorların yanğın zamanı ilkin hərəkətlərini məşq etdirmək olub.
İri və mürəkkəb yanğınların söndürülməsi zamanı qüvvə və vasitələrin idarə edilməsi üzrə taktiki təfəkkürün və əməli vərdişlərin təkmilləşdirilməsi məqsədi ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda keçirilən yanğın-taktiki təlimdə qarşıya qoyulan vəzifə vaxtında yerinə yetirilib.
Təlimdən sonra yanğın-taktiki təlimi yekunlaşdıraraq əməkdaşların yanğının inkişafı və söndürülməsi zamanı fəaliyyətini, şəxsi heyətin yanğında yaranmış şəraiti düzgün qiymətləndirmək, onun mürəkkəbləşə biləcəyini və nəticələrini qabaqcadan görmək, yanğında döyüş hərəkətlərinin həlledici istiqamətini düzgün təyin etmək bacarıqları və yol verilmiş nöqsanlar müzakirə edilib, onların gələcəkdə təkrar olunmaması üçün müvafiq tapşırıqlar verilib.
Femida.az
Oxunub: 546
Oxşar xəbərlər
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- FHN Sumqayıtdakı yanğınla bağlı görüntülər yaydı - FOTOLAR+VİDEO
- FHN: "Maqsudlu su kanalının 80 faizi minalardan təmizlənib"
- FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb
- FHN Yasamalda baş verən qəza ilə bağlı məlumat yayıb
- FHN vətəndaşlara XƏBƏRDARLIQ ETDİ
- FHN Gəncədə ev sahibinin yanaraq ölməsi ilə bağlı məlumat yayıb