YAP seçkilərlə bağlı MSK-ya müraciət etdi
19:37 24 Oktyabr 2019
Yeni Azərbaycan Partiyası (YAP) dekabrın 23-də keçiriləcək Bələdiyyə seçkilərində iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Yeni Azərbaycan Partiyasının İdarə Heyəti Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. İdarə Heyətinin qəbul etdiyi qərarda göstərilir ki, Yeni Azərbaycan Partiyası 23 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərində ölkəni əhatə edən bütün bələdiyyələr üzrə seçkilərdə iştirak etsin.
Mərkəzi Seçki Komissyasına ünvanlanmış məktubda qeyd olunur ki, yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər vətəndaşların demokratik proseslərdə iştirakı baxımından xüsusi əhəmiyyət kəsb edir.
"Yeni Azərbaycan Partiyası ölkəmizdə keçirilən bütün Bələdiyyə seçkilərində fəal iştirak edərək əhəmiyyətli uğurlara imza atıb. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin bu qərarı əldə olunmuş uğurları daha da genişləndirmək, vətəndaşların Bələdiyyə seçkilərində fəal iştirakını təmin etmək məqsədilə qəbul edib", - müraciətdə qeyd olunub.
Oxunub: 479
Oxşar xəbərlər
- YAP-a yeni sözçü təyin edilib
- Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir
- Yaponiya İmperatoru Azərbaycan Prezidentini təbrik edib
- Yaponiya Rusiyanın Baş naziri daxil olmaqla 130-dan şəxsə qarşı sanksiyalar tətbiq edib
- Yaponiya Rusiyaya zinət əşyalarının ixracına qadağa qoyacaq
- Yaponiya sahillərində gəmi yanaraq batıb, ölən, itkin düşənlər var
- Yaponiya səfirliyi Azərbaycana başsağlığı verib
- Yaponiya koronavirusun delta ştamına qalib gəldiyini elan edib
- YAP Aytac Əliyevanın həbsinə münasibət bildirib
- YAP avtomobillərini satışa çıxarır