Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir


09:41     27 İyun 2022 22_06_27_1656308534.jpg

Rəsmi Tokio Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyanın fiziki şəxslərinə və təşkilatlarına qarşı fərdi və ixrac sanksiyalarını genişləndirəcək.

Femida.az HNK telekanalına istinadən xəbər verir ki, bu barədə “gündoğar ölkə”nin Baş naziri Fumio Kisida bildirib.

Qeyd olunur ki, Yaponiya Rusiya Federasiyasından olan 70 fiziki və hüquqi şəxsin aktivlərini dondurmaq, həmçinin bu ölkənin müdafiə sektoru ilə əlaqəli daha 90 təşkilatına əlavə ixrac sanksiyaları tətbiq etmək niyyətindədir.

Açar sözlər:

Oxunub: 315