"402 ABAD-çını bir araya toplamışıq"


16:14     25 Oktyabr 2019 2019/10/ABADLA_DAD-(8)_1572006423.jpg


"Bu səhər yeməyində sizlərə ABAD-çıların istehsal etdiyi qida məhsulları təqdim olunub. Bu layihə Exspressbankla birlikdə reallaşdırılır. Məqsəd ABADçıların məhsullarını media nümayəndələrinə nümayiş etdirmək və daha geniş auditoriyaya çatdırmaqdır. Layihəni davamlı etməyi düşünürük".

Femida.az xəbər verir ki, bu sözləri ABAD-ın Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turanə Qasımova 25 oktyabr tarixində media nümayəndələri üçün ABADçıların məhsullarından ibarət “ABADla dad” adlı səhər yeməyi təşkil edilən tədbirdə deyib. O, bu günədək 402 ABAD-çını bir araya topladıqlarını bildirib:



"Biz həm qida, həm əl işlərinin istehsalı sahəsində fəaliyyət göstəririk. Cari ilin sonunadək müxtəlif müəssisələrimiz ərsəyə gələcək. Tovuzda bitkilərin emalı və qurudulması müəssisəsi və Nardaran Keramika Mərkəzi açılacaq".

Tədbirdə iştirak edən Exspressbankın Pərakəndə satış və biznesin inkişafı üzrə baş inzibatçısı Mehriban Ocaqquliyeva isə bu cür layihələrə hər zaman dəstək verəcəklərini bildirib:



"Biz də bank olaraq bu cür layihələrdə öz dəstəyimizi göstərməyə çalışırıq. Bu sahədə ABAD və ASAN Xidmət tərəfindən görülən işləri çox bəyənirik. Müəyyən silsilə tədbirlərə start vermişik. Məqsədimiz odur ki, ölkədə kiçik və orta sahibkarlıq inkişaf etsin. Biz də bu proseslərdə fəal iştirak edək. ABAD-la bağlı bir sıra tədbirlər planlaşdırırıq".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #ABAD   #Ekspressbank  

Oxunub: 1137