Maşından 2000 manatlıq oğurluq olub


14:33     28 Oktyabr 2019 masin%20ogurluq.jpg

Bakıda maşından oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də rayon ərazisində “Chevrolet” markalı avtomobildən içərisində 700 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Əzimov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 544