Göygöldə 58 yaşlı çoban itkin düşüb
20:12 30 Oktyabr 2019
Göygöldə itkin düşən şəxsin axtarışına başlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-ın yerli bürosuna bildirilib ki, Şamaxı rayonu Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-si səhər saatlarında çoban işlədiyi Göygöl rayon Firuzabad qəsəbəsindəki fermadan çıxıb və bir daha qayıtmayıb.
Onun əlamətləri belədir: boyu 160-165 sm, arıq bədən quruluşlu, ağ-qara saçlara malik, gözlərinin rəngi qonur.
M. Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, başında papaq, ayağında idman ayaqqabısı olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-205-22-79, 022-205-50-57 şəhər və (055) 545-11-02, (070)252-22-44 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Oxunub: 447
Oxşar xəbərlər
- Göygöldə itkin düşən məktəbli tapılıb
- Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatıb
- Göygöldə avtomobil qəzası olub, ölən var
- Göygöldə və Yevlaxda qətl törətdən müəllimin məhkəməsi başlayır
- Göygöldə iki yük avtomobili toqquşub, Türkiyə vətəndaşı ölüb
- Göygöldə minik maşını aşıb, sərnişin ölüb
- Göygöldə avtomobil piyadanı vuraraq öldürüb
- Göygöldə oğurluq edən şəxslər saxlanılıb
- Göygöldə evdən oğurluq edən keçmiş məhkumlar saxlanılıb
- Göygöldə avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər saxlanılıb