Yeni icra başçısı kollektivə təqdim olundu


11:48     01 Noyabr 2019 2019/11/icra-1572593474_1572594646.jpg

Yevlax Şəhər İcra Hakimiyyətinin yeni başçısı Anar Tağıyev kollektivə təqdim olunub.


Femida.az-ın məlumatına görə, icra başçını kollektivə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Qoca Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunub. Onun yerinə Anar Aqil oğlu Tağıyev təyin edilib.

A.Tağıyev bu təyinatadək Nəsimi rayon icra hakimiyyəti başçısının müavini olub.

Femida.az

Açar sözlər: #Yevlax  

Oxunub: 659