FHN daha 6 nəfərin köməyinə çatdı


10:36     02 Noyabr 2019 big_1416860661_big_1416433845_lift1.jpg

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 1 müraciət daxil olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, dərhal çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 si azyaşlı olmaqla 3 nəfərin liftdən çıxarılması təmin edilib.

Digər məlumata əsasən, Bakı şəhərinin Xətai və Binəqədi rayonlarında ayrı-ayrı ünvanlarda biri azyaşlı olmaqla 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri vətəndaşlara müvafiq köməklik göstərib.

Femida.az

Açar sözlər:

Oxunub: 416