Gürcüstanda yeni baş prokuror seçilib


03:25     20 Noyabr 2015 gurcistan-bayragi.png

Gürcüstanda Prokurorluq Şurası ölkənin yeni baş prokurorunu seçib.


Femida.az-ın məlumatına görə, baş prokuror vəzifəsinə İrakli Şotadze seçilib. Seçkidə 14 Şura üzvü iştirak edib. İrakli Şotadzeyə Prokuror Şurasının 13 üzvü səs verib. O, hazırda baş prokurorun müavini vəzifəsində çalışır. Onun namizədliyi parlamentdə təsdiqlənəndən sonra baş prokuror vəzifəsinin icrasına başyayacaq.

Gürcüstanda baş prokuror 6 il müddətinə seçilir.

Qeyd edək ki, baş prokuror vəzifəsinə daha iki namizəd - Vladimir Qabriçidze və Nana Revazişvili iddia edib.

Açar sözlər:

Oxunub: 1099