Vitali Kliçkoya qarşı cinayət işi açılıb


15:59     02 Noyabr 2019 2019/11/689ef9c8-48e7-44a0-adb0-4810f3763ea6_1572687082.jpg


Ukrayna Milli Antokorrupsiya Bürosu boks üzrə ukraynalı keçmiş dünya çempionu və Kiyevin eks-meri Vitali Kliçkoya qarşı cinayət işi qaldırıb.


Kliçko hakimiyyətdən sui-istifadədə şübhəli bilinir. 48 yaşlı sabiq idmançı Şulyavsk yol ötürücüsünə ayrılmış vəsaitin yoxa çıxmasında günahlandırılır.

Qeyd edək ki, Vitali Kliçko karyerasını 2012-ci ilin sentyabrında başa vurub. O, 5 iyun 2014-cü ildən Kiyev meri idi.

Femida.az

Açar sözlər: #Kliçko  

Oxunub: 368