67 yaşlı kişi özünü güllələdi - AZƏRBAYCANDA


15:48     20 Noyabr 2015 ozunu9.jpg

İsmayıllı rayon sakini özünü silahla vurub


APA-nın verdiyi xəbərə görə, hadisə İsmayıllı şəhərinin Ü. Hacıbəyov küçəsindəki dalan 4, ev 10 ünvanında qeydə alınıb. Şəhər sakini, 1948-ci il təvəllüdlü Süleymanov Teymurxan Məmmədəli oğlu yaşadığı evdə ov tüfəngindən atəş açaraq özünü yaralayıb. Başından ağır güllə yarası alan Teymurxan Süleymanov təcili olaraq İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonradan vəziyyəti ağırlaşan T.Süleymanov müalicə üçün Bakı şəhərinə göndərilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. 67 yaşlı kişinin ehtiyatsızlıqdan özünü vurması və ya intihara cəhd etməsi versiyaları araşdırılır.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 750