Lənkəranda “Açıq mikrafon” günü keçiriləcək


18:30     06 Noyabr 2019 2019/11/lenkeran_1573047151.jpg

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov yerli sakinlər üçün “Açıq mikrafon” adlı görüş keçirəcək.


Femida.az-ın məlumatına görə, bu barədə Lənkəran ŞİH-in rəsmi saytında məlumat dərc edilib.

Məlumatda bildirlir ki, görüşdə iştirak etmək sərbəstdir: “12 noyabr 2019-cu il tarixdə saat 15.00-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun iştirakı ilə şəhər sakinləri ilə “Açıq mikrofon” adlı görüş keçiriləcək. Görüşdə sakinlər arzu və təkliflərini sərbəst səsləndirə bilər, onları narahat edən məsələlər barədə birbaşa şəhər İcra hakimiyyətinin başçısına müraciət edə biləcəklər.”

İcra Hakimiyyətindən bildirilib ki, icra başçısının və onun müavinlərinin rəsmi qəbul günlərindən kənar olmaqla ayda bir dəfə keçiriləcək: “Açıq mikrafon” görüşündə icra başçısı T.Qaraşov, Lənkəran ŞİH-in məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak edəcək".

Qeyd edək ki, bu təşəbbüs Prezident İlham Əliyevin tapşırıq və xəbərdarlığına əsasən rayon və şəhərlərdə sakinlərin yerli icra orqanlarında süründürməçilik hallarının qarşısını almaq üçün həyata keçirilir.

Açar sözlər:

Oxunub: 526