ATƏT-in Bakı ofisi açılmayacaq - RƏSMİ AÇIQLAMA


01:35     21 Noyabr 2015 1441560940_xin8.jpg

`ATƏT-in Azərbaycanda sonuncu təsisatının adı ATƏT-in layihə əlaqələndiricisi olub və onun da fəaliyyəti başa çatıb. Əlavə faəliyyətinin bərpasına ehtiyac və lüzum yoxdur`.


Femida.az xəbər verir ki, bunu BBC Azərbaycancaya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, hər hansı nümayəndəliklərin və ya layihə əlaqələndiricilərinin yaradılmasında hansısa zərurətdən çıxış edilməlidir.

`Hazırda Azərbaycanın indiki inkişaf şəraitində belə bir ofisə ehtiyac görülmür. Azərbaycan suveren dövlətdir və öz ərazisində hər hansı bir təsisatın yaranması ilə bağlı qərar qəbul etməkdə tam sərbəstdir`, -deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, ATƏT Parlament Assambleyasının prezidenti Ilkka Kanerva ATƏT-i Azərbaycanda ofisini yenidən açmağa çağırıb.

Açar sözlər:

Oxunub: 907