ATƏT-in səhra köməkçiləri Qarabağa gedəcək
13:56 23 Yanvar 2017
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 24-də Tərtər rayonu Qapanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Piter Şvedberq keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Jiri Aberle və Gennadi Petrika keçirəcəklər.
Femida.az
Oxunub: 1260
Oxşar xəbərlər
- ATƏT-in xüsusi nümayəndəsi Bakıdadır
- ATƏT-in xüsusi nümayəndəsi Bakıya gəlir
- ATƏT-in İrəvan Ofisi rəsmən bağlanıb
- ATƏT-in səhra köməkçiləri təmas xəttinə gedir
- ATƏT-in İrəvan ofisi fəaliyyətini dayandırır
- ATƏT-in İrəvan ofisinin bağlanmasına XİN-dən reaksiya
- ATƏT-in sədrinin bəyanatı qənaətbəxş deyil - Azay Quliyev
- ATƏT-in Minsk qrupu bəyanat yaydı
- ATƏT-in Bakı ofisi açılmayacaq - RƏSMİ AÇIQLAMA
- ATƏT-in Minsk qrupuna ən böyük irad