Azərbaycana avtomobil idxalı 2 dəfə artıb
15:07 15 Noyabr 2019
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 35 457ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Femida.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16121ədəd və yaxud 83,4% (2 dəfəyə yaxın) çoxdur.
Son bir ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 262 ədəd və yaxud 2,5 dəfə artaraq 441 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 14589 ədəd və yaxud 84,1% artaraq 31 934 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 1 212 ədəd və yaxud 70,4% artaraq 2 934 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 58 ədəd və yaxud 64,4% artaraq 148 ədəd olub.
Femida.az
Oxunub: 412
Oxşar xəbərlər
- Ağcabədidə 53 yaşlı kişini avtomobil vurub
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
- Yevlaxda velosipedçini avtomobil vuraraq öldürüb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb
- Şəmkirdə avtomobil qəzası olub, bir ailənin 4 üzvü xəsarət alıb
- Bakıda avtomobildən 8 min manata yaxın pul oğurlanıb
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək