FHN əməkdaşları mənzildə meyit tapıblar


15:32     25 Noyabr 2019 2019/02/meyit_yeni1_1550734300.jpg

Gəncədə evdən meyit tapılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan, 1955-ci il təvəllüdlü Abdıyev Qabil Məhəmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 459