Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi
21:26 26 Noyabr 2019
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun konstitusiya məhkəmə icraatı qaydasında növbəti açıq məhkəmə iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iclasda Ş.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 23 dekabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin və vəkilinin, mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Covqarat Qurbanovaya və Şövləxanım Əliyevaya qarşı “müqavilələrin etibarsız hesab edilməsi, şəhadətnamələrin və çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahəsinin qaytarılması” tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 23 dekabr tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 417.1.3-cü, 418.1-ci və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Femida.az
Oxunub: 1218
Oxşar xəbərlər
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Konstitusiya Məhkəməsi inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı qərar elan edib
- Konstitusiya Məhkəməsi xüsusi müsadirə edilməli əmlakla bağlı qərar çıxarıb
- Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən qərardad çıxarıb
- Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verib
- Parisdə Zəfər, Bayraq və Konstitusiya günləri qeyd edilib
- Mehriban Əliyeva Konstitusiya Günü ilə əlaqədar paylaşım edib
- Azərbaycanda Konstitusiya Günü qeyd olunur
- Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib