Prokuror 31 yaşlı kişini bıçaqlayana şəxsə cəza istəyib


12:03     27 Noyabr 2019 agir%20cinayet.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən Eldar Orduxanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Femida.az-ın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, hadisə aprel ayında paytaxtın Nizami rayonunda qeydə alınıb. Gecə saat 01:20 radələrində 1993-cü il təvəllüdlü Orduxanov Eldar Əli oğlu Bakı şəhəri, Nizami rayonu M.Əliyev küçəsinda yerləşən kafenin qarşısında aralarında yaranmış mübahisə zamanı, 1988-ci il təvəllüdlü Alıxanov Nicat Dostəli oğluna bıçaqla qarın nayihəsinə kəsilmiş-deşilmiş xəsarətlər yetirib. N.Alıxanov 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

E.Orduxanova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham irəli sürülüb.

Femida.az

Açar sözlər: #Məhkəmə   #Hakim   #Hökm  

Oxunub: 487