Nazirliyin rüşvətə görə həbs edilən əməkdaşına elektron qolbaq taxılacaq
11:08 28 Noyabr 2019
Sumqayıt Apellyasiya Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin rüşvət almaqda və dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri - Elnur Quliyev və Vidadi Eyvazovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfinən verilən apellyasiya protesti və apellyasiya şikayətinə baxılıb.
Femida.az xəbər verir ki. Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara görə, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.
Belə ki, onun 3 il müddətinə azadlıqdan məhrumedilmə cəzası 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ilə əvəz edilib. E.Quliyev məhkəmə zalından azadlığa buraxılıb.
Hökmən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və E.Quliyev isə kassasiya şikayəti verib. Ali Məhkəmədə şikayət hakim Hafiz Nəsibovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə açıqlamaya əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər şöbəsinin sosial yardım və müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülüb.
Aparılmış birgə araşdırmalarla E.Quliyevin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaşa görə müavinətin həcminin daha artıq məbləğdə hesablanaraq verilməsinə görə müavinəti alacaq tərəflə əvvəlcədən aralarında olan razılaşma əsasında vətəndaşın bank kartını bankomata daxil edib kart hesabına köçürülmüş 1800 manat məbləğində birdəfəlik müavinət məbləğinin 600 manatını nağdlaşdırmasına, bununla da rüşvət kimi birbaşa yolla əldə etdiyi həmin pulun 300 manatını özünə götürməklə, qalan hissəsini qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq işlədiyi sektorun müdiri V.Eyvazova verməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı gedişində toplanmış ilkin sübutlar əsasında E.Quliyev və V.Eyvazova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. E.Eyvazova bəraət verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Femida.az
Oxunub: 664
Oxşar xəbərlər
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Tərtərdə bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Azərbaycanda məhkəmə hakimlərinin maaşı artırılıb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Mixeil Saakaşvilinin məhkəməsi yenidən təxirə salınıb
- Bakıda 9 il əvvəl qətl törətməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib