ATƏT sədri Azərbaycana səfərə gəlib


12:16     28 Noyabr 2019 19_11_28_1574930262.jpg

ATƏT-in fəaliyyətdəki sədri, Slovakiyanın Xarici və Avropa İşləri naziri Miroslav Layçak Azərbaycana səfərə gəlib.

Femida.az xəbər verir ki, səfərdə məqsəd Slovakiyanın Azərbaycandakı səfirliyinin açılışında iştirak etməkdir.

ATƏT sədri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və digər rəsmi şəxslərlə görüşəcək.

M.Layçak Slovakiya, o cümlədən ATƏT-lə Azərbaycan arasındakı əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişafı ilə bağlı müzakirələr aparacaq.

Femida.az

Açar sözlər: #ATƏT  

Oxunub: 447