Arvadını bıçaqlayan şəxsin məhkəməsi olacaq


10:17     30 Noyabr 2019 1398947325_mehkeme.jpg

Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən Ağalar Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az-ın məlumatına görə, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.

Qeyd edək ki, bu il paytaxtın Nəsimi rayonunda yaşayan 1984-cü il təvəllüdlü Əliyev Ağalar Əliyar oğlu yaşadığı evdə qısqanclıq zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Əliyeva Günel Mahir qızını boyun və bel nayihəsindən bıçaqlayıb.

Qadın xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. A. Əliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham verilib.

Femida.az

Açar sözlər: #Məhkəmə  

Oxunub: 539