Azərbaycanda İLK DƏFƏ - Spiker hakimlər mətbuat xidməti kimi fəaliyyətə başlayacaq


10:16     10 Dekabr 2019 2019/12/aynur-sabitova_1575966847_1575967571.jpeg


Azərbaycanda ilk dəfə məhkəmə aparatında spiker hakimlər mətbuat xidməti kimi fəaliyyətə başlayacaq.


Femida.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, bu barədə Məhkəmə-Hüquq Şurası tərəfindən qərar qəbul edilib.

Hər məhkəmədə bu işi bir hakim yerinə yetirəcək. Onlar KİV-in müraciətlərini cavablandıracaq, ictimaiyyətlə əlaqələri təşkil edəcəklər. Proses ilk növbədə Bakı, Abşeron və Sumqayıtda həyata keçiriləcək.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Məhkəmə   #Spiker   #Ədliyyə  

Oxunub: 5716