Gənclər Konstitusiya Məhkəməsində könüllü kimi fəaliyyət göstərdi
14:04 11 Dekabr 2019
Dekabrın 11-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində könüllü olaraq fəaliyyətə cəlb edilən bir qrup gəncə sertifikatlar verilib.
Femida.az xəbər verir ki, “könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi iki ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xüsusi sertifikatlar təqdim edilib. Bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaq.
Məhkəmənin fəaliyyətində iştirak edən könüllülər Bakı Dövlət Universitetinin hüquqşünas ixtisası üzrə oxuyan tələbələridir.
Konstitusiya Məhkəməsində könüllülər Aparatın müxtəlif şöbə və sektorlarında təcrübə keçmiş, vətəndaşların qəbulunda bilavasitə iştirak etmiş, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, həmçinin vətəndaşların şikayətlərinin öyrənilməsi prosesi ilə yaxından tanış olmuşlar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində həyata keçirilən Könüllü Proqramında könüllü kimi iştirak etmək arzusunda olan gənclərin sənədlərinin qəbulu davam etdirilir.
Femida.az
Oxunub: 1388
Oxşar xəbərlər
- Konstitusiya Məhkəməsi sədrinin maaşı 1075 manat artırılıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Konstitusiya Məhkəməsi inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı qərar elan edib
- Konstitusiya Məhkəməsi xüsusi müsadirə edilməli əmlakla bağlı qərar çıxarıb
- Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna əsasən qərardad çıxarıb
- Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusu ilə bağlı qərar verib
- Parisdə Zəfər, Bayraq və Konstitusiya günləri qeyd edilib
- Mehriban Əliyeva Konstitusiya Günü ilə əlaqədar paylaşım edib
- Azərbaycanda Konstitusiya Günü qeyd olunur
- Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib