Avropada da “Xristian Dövləti” yaradıldı


13:21     24 Noyabr 2015 305823693.jpg

Belçikanın paytaxtı Brüssel şəhərinin Molenbek kommunasındakı əsas məscidlərdən birinin rəhbərinin ünvanına hədə-qorxu dolu məktub göndərilib.


Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, bu barədə RTBF teleradio şirkəti məlumat yayıb.

Xəbərə görə, təhdid dolu məktub əsasən mühacirlərin, o cümlədən müsəlman immiqrantların məskunlaşdığı Molenbek kommunasındakı əsas məscidin ünvanına özünü “Xristian Dövləti” adlanan təşkilat tərəfindən göndərilib.

Həmin məktubu məscidin inzibatçılarından biri olan Camal Həbbaşiş öz poçt qutusunda aşkarlayıb. Onun sözlərinə görə, məktub ciddi qrammatik səhvlərlə yazılsa da onun məzmunu qorxuncdur.

Camal Həbbaşiş bildirib ki, məktubda “müsəlmanlara divan tutulacağı, onların axırına çıxılacağı, hamısının öldürüləcəyi” barədə xəbərdarlıq yer alır.

Bunları nəzərə alan Camal Həbbaşiş məktub haqda polisə məlumat verib.

Açar sözlər:

Oxunub: 1005